“Fəryad 2” filmi çəkilir

feryad-2-filmi-cekilir
Oxunma sayı: 5238

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan Fəryad 2 filminin çəkilişlərinə hazırlıq prosesi gedir.

“Qafqazinfo” Kulis.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib.

O bildirib ki, Hadrut və Bakıda dekorasiyaları hazırlanan filmin çəkilişlərinə iyulun 15-dən sonra başlanılacaq.

Çəkilişlərin noyabr ayında qələbənin ildönümünə qədər tamamlanması və tamaşaçılara təqdim olunması gözlənilir.