Festival başa çatdı

festival-basa-catdi
Oxunma sayı: 705


“Qafqazinfo” xəbər verir ki, iyulun 5-də Şəki şəhərindəki Yay teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Mərasimdə Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri konsert proqramı ilə çıxış edib. Festivalın bağlanış mərasimində İcra başçısı Elxan Usubov çıxış edərək şəhər sakinləri adından festivalının keçirilməsində əməyi olan bütün qurumlara, o cümlədən, Bəstəkarlar İttifaqına minnətdarlığını bildirib. Bağlanış mərasimində çıxış edən deputat Yaqub Mahmudov son altı ildə Şəkidə Azərbaycan musiqisinin çox gözəl bir tarixinin yazıldığını bildirib. Mərasimin sonunda Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının festivalın bədii rəhbəri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadəyə festivalın rəmzi simvolu təqdim olunub. Bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.