Festival geyimlərinə 25 mindən çox xərclədi - Fotolar

festival-geyimlerine-25-minden-cox-xercledi
Oxunma sayı: 6521

Xalq artisti Aygün Kazımova Bakıda keçirilən beynəlxalq musiqi festivalında geyimləri ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, pop-kraliça gecədə 3 fərqli tərzdə görünüb.

Müğənni əvvəlcə narıncı xalçaya çıxıb. Kürək dekolteli geyim “Afffair” brendinə məxsusdur. Dəyəri 2100 dollardır (3570 AZN). Kazımova tərzini “Botegga Veneta” çantası, “Harry Winston” sırğası, “Jimmy Choo” ayaqqabısı ilə tamamlayıb. Çanta 5165 AZN, ayaqqabı isə 1740 AZN-dir.

A.Kazımova konsert səhnəsində də geyimi ilə göz oxşayıb. O, qırmızı rəngli göz qamaşdıran geyim seçib. “Alex Perry” brendinə məxsus geyimin qiyməti 3000 dollardır (5100 AZN). Kazımova tərzini “Valentino” brendinə məxsus ayaqqabı və “YSL”dən olan sırğa ilə tamamlayıb. Ayaqqabının qiyməti 1250 dollar, (2125 AZN), sırğa isə 770 dollardır (1309 AZN).

Final mahnısını oxumaq üçün ikinci dəfə səhnəyə çıxan müğənni qara uzunyarıqlı paltar seçib. İfaçının "Alex Perry" brendinə məxsus libasının dəyəri 3000 dollardır (5100 AZN). Pop-kraliça "Valentino" brendindən ayaqqabı, "Alessandra Rich"dən olan aksessuarla tərzini tamamlayıb. Aksessuarın dəyəri 550 dollardır (935 AZN).

Kazımova tədbir üçün geyimlərinə ümumilikdə 25 044 manat xərcləyib.