Festivalda 40 ton pomidoru bir-birinə atdılar - Fotolar

festivalda-40-ton-pomidoru-bir-birine-atdilar
Oxunma sayı: 3732

Kolumbiyada keçirilən “Tomatina” festivalı  zamanı iştirakçılar bir-birinin üstünə tonlarla pomidor atıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu il 14-cü dəfə təşkil edilən festival çərçivəsində insanlar bir-birinin üzərinə 40 ton pomidor atıblar.

Bölgədəki fermerlərin hədiyyə etdiyi və yük maşınları ilə festival ərazisinə gətirilən tonlarla pomidor iştirakçıları qırmızı rəngə boyayıb.

Festival iştirakçıları start fiti ilə bir-birlərini pomidor yağışına tutublar.