FETÖ-yə görə mühakimə olunan aktyora həbs cəzası verildi

feto-ye-gore-muhakime-olunan-aktyora-hebs-cezasi-verildi
Oxunma sayı: 2038

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən türkiyəli komediya ustası Atalay Demirci 5 il həbs cəzasına məhkum edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, haqqında “terror təşkilatına üzv olmaq” cinayəti üzrə ittiham irəli sürülən aktyor iddia ilə razılaşmayıb.O, FETÖ-çülükdə ittiham olunan Enes Kanter və Hakan Şükürlə yazışsa da, heç bir terror bağlantısının olmadığını bildirib.

Demirci bəraətini tələb etsə də, məhkəmə qərarını dəyişməyib.