Ankara Cümhuriyyət Baş Prokurorluğu Fətullah Gülənin ABŞ-dan ekstradisiyasına dair sənədlərin son formasını hazırlayıb.
“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, hazırlanan sənədlərə əsasən, Gülənin 8 cinayətə görə Türkiyəyə qaytarılması tələb edilir.
Sənədlərdə Fətullah Gülənin “dələduzluq”, “rəsmi sənədləri saxtalaşdırmaq maddəsi”, “böhtan”, “ cinayət yolu ilə əldə edilən pulların yuyulması”, “mənimsəmə”, “danışıqların dinlənməsi və qeyd edilməsi”, “şəxsi həyatın gizliliyini pozma” və “şəxsi məlumatları hüquqa zidd olaraq qeyd etmək” cinayətlərini törətdiyi qeyd edilir.
Son xəbərlər
Son Xəbərlər