“Qafqazinfo” nun məlumatına görə Fətullah Gülən bildirib ki, israrla yanlış etməyə davam etdilər: “Bunu bir misalla izah edim. Birisi sizə dəfələrlə eyni yalan və iftirayla hücum etsə, bir məqamda artıq səbriniz daşar və bunu deyərsiniz. “ Əgər mən sənin dediyin kimiysəm, Allam mənim bəlamı versin, yox deyilsəm bu yalan və iftira sənin bəlanı versin” O gün də duam elə oldu. Həqiqətən də heç bir şəxsin, partiyanın, cəmiyyətin adını çəkmədim. Bəzi sifətlər və olaylar sadaladım. Hər kim bunu-bunu edirsə dedim. O sifəti daşımırlarsa, o işləri görmürlərsə nədən bu qədər narahat olurlar, üzərlərinə alırlar? Heç bir əsası olmayan bu iftiraları dilə gətirənlərin, bu iftiralarla başdan ayağa qəzetlərinin səhifələrini dolduranların bu duama "amin" demələrini gözlədim. Deyə bilmədilər. Bundan əlavə də istismar etdilər. Yenə eyni fikirdəyəm. Əgər biz qruplaşma, təşkilatsaq, Allah bizim bəlamızı versin, deyilsə bunları bu məsum camaatın üzərinə atanların bəlasını versin. Bu duaya “amin” deyəcək vicdanı rahat olmayanlar öz aqibətindən narahat olmalıdır”.
Son xəbərlər
Son Xəbərlər