“Bəzən İŞID, ƏL-Qayidə kimi terror təşkilatları olur, bəzən də terror dövlətləri. Öz ölkəm üçün isə eyni şeyi deməkdən utanıram”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Fətullah Gülən rus mətbuatına açıqlamasında deyib. Türkiyəni terror dövləti adlandıran Gülən dünyanın bir çox yerində terror hadisələrinin baş verdiyini söyləyib:
“Terrorizm başqa millətlər arasında da var. Xristian dünyasında da, Yəhudi dünyasında da. İnsanların azadlıqları əlindən alınıbsa, ədalət yoxdursa, bir şeyi etdikdən sonra qanun uydurulursa, bunlar da bir terror sayılır”.
Gülən hərəkatının lideri açıqlamasında müsəlmanlığın doğru yaşanmadığı üçün İslam dünyasında terror hadisələrinin artdığını vurğulayıb:
“Qurani Kərimdə izah olunan bir İslam orada yaşanmadığı üçün cahil insanlar fərqli yollara əl atır”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər