Fətullah Gülənin hazırlıq kursları rəsmən bağlandı

fetullah-gulenin-hazirliq-kurslari-resmen-baglandi
Oxunma sayı: 2972


Türkiyə Prezidenti Abdullah Gül ölkədə ali məktəblərə daxil olmaq üçün özəl hazırlıq kurslarının bağlanması haqqında qanunu təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər yayıb. Martın 1-də Türkiyə parlamenti özəl hazırlıq kurslarının bağlanması haqqında qanun qəbul edib. Qanuna əsasən, 2015-ci il sentyabrın 1-dən Türkiyədə bütün özəl hazırlıq kursları bağlanacaq.

Qanun layihəsi ölkə parlamentinə bu il fevralın 7-də təqdim edilib. Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan özəl təhsil müəssisələrinin bağlanması haqqında bəyanatla çıxış etmişdi.

Ölkənin Təhsil Nazirliyinin məlumatına görə, 2013-cü ildə il ərzində Türkiyədə 3 640 özəl təhsil müəssisəsi fəaliyyət göstərib.