Fətullah Gülənin qardaşı oğlu həbs edildi

fetullah-gulenin-qardasi-oglu-hebs-edildi
Oxunma sayı: 1406

İzmirdə Fətullah Gülən tərəfdarları ilə bağlı keçirilən əməliyyatda Gülənin qardaşı oğlu saxlanılıb.

Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Fətullah Gülənin qardaşı oğlu Mehmet Məzhər Gülənlə yanaşı 28 nəfər nəzarətə götürülüb. Polis rəsmilərindən alınan məlumata görə, xüsusi əməliyyat 500 polisin iştirakı ilə səhər saatlarında 73 ünvanda keçirilib.

O da bildirilib ki, nəzarətə götürülənlər Terrorla Mübarizə Şöbəsinə aparılıb və həbslərin sayının artacağı ehtimal edilir. Hazırda əməliyyat davam edir.

Aysel Kərimova