Fevralda nə qədər elektrik enerjisi istehsal olunub?

fevralda-ne-qeder-elektrik-enerjisi-istehsal-olunub
Oxunma sayı: 1105

Cari ilin fevralında ölkədə enerji sistemində 1,9 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub.

“Qafqazinfo” xəbər verir ki, “Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə də elektrik enerjisi mübadiləsi davam etdirilib.

Cari ilin iki ayında isə 4 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.