Fəxri Konsul Vladislav Krikli ilə görüşdü

fexri-konsul-vladislav-krikli-ile-gorusdu
Oxunma sayı: 1910

Ukraynanın Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımov ilə  Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli  arasında rəsmi  görüş olub. 

"Qafqazinfo" xəbər verir ki, görüş  zamanı hər iki ölkə arasında reallaşdırılan tədbirlər barədə danışılıb. 

Fəxri  Konsulluğun fəaliyyəti barədə geniş məlumat verilib. Eləcə də, Azərbaycan və Ukrayna arasında ticari-nəqliyyat məsələləri də  müzakirə olunub. Vacib məqamlardan  biri  olaraq  Azərbaycan Bitumunun Ukrayna bazarına gələcəkdə idxalının təşkil edilməsi də xüsusən  vurğulanıb.  

Qeyd  edək  ki, iqlim şəraitinə uyğunlaşmasının öyrənilməsi üçün 114 ton Azərbaycan Bitumunun Ukrayna bazarına Qara Dəniz yolu ilə ilk nəqli 2019- ilin iyul ayında həyata keçirilib.