Feysbukdan daha bir yenilik

Feysbukdan daha bir yenilik
Oxunma sayı: 812

“Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə saldığını elan edib.

"Qafqazinfo" xəbər verir ki, bu xidmət insanlara “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacaq. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.

Xidmət hələ ki ABŞ ərazisində yaşayan “Facebook” və “Instagram” istifadəçiləri üçün istifadəyə veriləcək. Şirkət xidmətin gələcəkdə digər ölkələrdə yaşayan istifadəçilər üçün də əlçatan olacağını bildirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi