Feysbuk və instaqram sosial şəbəkələri Rusiya hərbi qulluqçularına qarşı zorakılıq çağırışlarına qoyulan qadağanı müvəqqəti olaraq ləğv edib.
“Qafqazinfo” “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Meta” şirkətinin mətbuat katibi Endi Stoun bildirib.
“Rusiyanın Ukraynaya hücumu nəticəsində biz müvəqqəti olaraq adi vəziyyətlərdə zorakılığa çağırış qadağamızı pozacaq siyasi özünüifadə formalarına müvəqqəti icazə verdik”, - deyə Stoun qeyd edib.
O, nümunə olaraq bildirib ki, özündə “Rus işğalçılarına ölüm” kimi şüarları əks etdirən postlar silinməyəcək.
Bununla yanaşı, qeyd olunub ki, feysbuk və instaqram Rusiyanın adi vətəndaşlarına qarşı zorakılığa çağırışlara qarşı tədbirlər görməyə davam edəcək.
Son xəbərlər
Son Xəbərlər