Feysbukun adı dəyişə bilər

feysbukun-adi-deyise-biler
Oxunma sayı: 12130

Feysbuk şirkəti gələn həftə öz adını dəyişdirməyi planlaşdırır.

“Qafqazinfo” “Verge” portalına istinadən xəbər verir ki, sosial şəbəkənin rəhbəri Mark Zükerberq bu məsələni hər il keçirilən “Facebook Connect” konfransında müzakirə etmək niyyətindədir. Sözügedən konfrans oktyabrın 28-i keçirilməli olsa da, şirkətin adının dəyişdirilməsi daha əvvəl elan oluna bilər.

Həmçinin qeyd olunur ki, Feysbukun yeni adının nə olacağı ciddi şəkildə gizli saxlanılır. Hətta rəhbərliyin yalnızca bir qismi yeni addan xəbərdardır.