Feysbukun funksiyası Tvitterə də gələcək

feysbukun-funksiyasi-tvittere-de-gelecek
Oxunma sayı: 723

Tvitter mikrobloqlar servisi istifadəçilərə dərc edilən məlumatlar altında arzuolunmaz şərhləri gizlətməyə imkan verən yeni funksiya hazırlayır.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, funksiyadan “Paylaş” düyməsinə basmaqla yararlanmaq mümkün olacaq.

Yenilik barədə şirkətin məhsullar üzrə baş meneceri Yasmin Hak məlumat verib. Onun sözlərinə görə, istifadəçilər mövcud komandalar vasitəsilə məlumatları mənfi rəylərdən tam qoruya bilmirlər. Məsələn, dərc edilən məlumatlar üçün cavablardan şikayət etmək yalnız onlar şirkətin qaydalarını pozduqda mümkündür. Yeni funksiya mikrobloqların moderasiya imkanlarını genişləndirməyə şərait yaradacaq. 

Qeyd edək ki, şərhlərin gizlədilməsi funskiyası Feysbukda bir müddətdir istifadə edilir.