Fəzail Ağamalı dövlət məktəblərini tənqid etdi

fezail-agamali-dovlet-mekteblerini-tenqid-etdi
Oxunma sayı: 1230


“Qafqazinfo” xəbər verir ki, millət vəkili bildirib ki, müvafiq qurumlar, Təhsil Nazirliyi onların səsini eşitməlidir ki, uşaqlar ortalıqda qalmasın: ”Çünki o uşaq eyni zamanda Azərbaycanın sərvətidir. O, burda təhsil alırsa, dövlətə, millətə xidmət edəcək. Mən də birmənalı şəkildə razıyam ki, o uşaqlar ortalıqda qalmalı deyil.

Mən bilmirəm, bu məktəblərin bağlanması Ərdoğanla, Fətullah Gülənlə bağlıdır, ya yox. Mənim bu haqda dəqiq, müfəssəl məlumatım yoxdur. Görünür ki, hansısa problem var ki, bunun bağlanması qərarı verildi. Mən valideynlərə məsləhət verdim ki, bu gün Azərbaycanda nisbətən özəl məktəblər var. Bu məktəblər Xəzər, Azərbaycan Avropa kimi məktəblərdir. Onsuz da “Çağ” Öyrətim də özəl idi. Ora da pul ödənilirdi. Bu ikisinin arasında seçim etsinlər. Mən övladlarımı yəqin ki bu məktəblərdən birinə qoyacam. Çünki ayrı seçimimiz yoxdur. Hər halda onların qazanmış olduğu biliyi, təlim-tərbiyəni itirmək olmaz. Mənim ona çox heyfim gələr.Çünki mən özüm nəvələrimin biliyinə şahidəm. Məsələn, mənim nəvələrim 90 baldan aşağı almayıblar. Hamısı məktəbin ən yaxşı şagirdi hesab olunurlar”.

Millət vəkili uşaqlarının dövlət məktəblərinə qoymayacağını bildirib: “Çünki dövlət məktəblərində o səviyyə yoxdur. Bu reallığı etiraf etmək lazımdır. Bu gün Mikayıl müəllim bununla bağlı cəhdlər edir, addımlar atır, islahatlar keçirir. Ümidvaram ki, onun keçirdiyi islahatlar yaxın gələcəkdə bəhrəsini verəcək. Ancaq bu gün orta məktəb sistemində təlim -tərbiyədə, təhsildə ciddi problemlər var. Bunun da ən başlıca səbəbi repetitor sisteminin tətbiq olunmasıdır. Bu bütün orta təhsil sistemini məhv edib. Məsələn, bizim uşaqlar “Çağ” Öyrətimə gedəndə repetitor yanına getmirdilər. Onlar saat dördə qədər məktəbdə qalırdılar. Hansı fənndən zəiflik varsa, əlavə məşğələlər keçirilir və yaxud da kurslara göndərilir. Bakıda bir neçə orta məktəb var ki, təhsil verə bilir, amma onların da imkanları məhduddur”.

Fəzail Ağamalı eyni zamanda həmin liseylərdə nurçu təbliğatının aparılması barədə deyilənlərdən də danışıb:

“Mən övladlarım da bu günə qədər onların hansısa dini cərəyana yönləndirilməsini təsirlərini görməmişəm. Onlar evde nə Fətullah Gülən, nə nurçular haqda danışıblar. Onlara daha çox Azərbaycana, dövlətə bağlılıq, vətənpərvərlik, bayrağa, attributlara sevgi öyrədilib”.