Fəzail Ağamalının dairəsində 11 məntəqə etibarsız sayıldı

Fəzail Ağamalının dairəsində 11 məntəqə etibarsız sayıldı
Oxunma sayı: 3537

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədlər - Kamil Musəvi, Aytən Qurbanova və Əbil Süleymanovun şikayətinə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, namizədlər həmin dairə üzrə səsvermədə pozuntular olduğunu bildirərək dairə üzrə nəticənin ləğv edilməsini istəyiblər. Məlum olub ki, həmin dairə üzrə 11 məntəqədə səsvermə zamanı pozuntulara yol verilib. Komissiya üzvlərinin səsverməsi nəticəsində həmin dairə üzrə 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37, 39 saylı məntəqənin nəticələri etibarsız hesab edildiyi üçün ləğv edilib.

Həmin dairə üzrə lider keçmiş deputat Fəzail Ağamalıdır.

Kamil Musəvi bildirib ki, eskpert qrupu ilə birgə videolara baxarkən 21 məntəqə üzrə pozuntular qeydə alınsa da, indi cəmi 11 məntəqədə pozuntu olduğu qeyd edilib. Namizədlər xahiş edib ki, həmin videogörüntülərə təkrar və birgə baxılsın, yekun qərar verilsin.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi