FHN 4 nəfəri xilas edib - Video

FHN 4 nəfəri xilas edib
Oxunma sayı: 995

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış və 4 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

"Qafqazinfo" Nazirliyin saytına istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib.

Həmçinin, Xətai rayonunda bağlı qapı arxasında 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.