Sumqayıt şəhərində mənzildə 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Dərhal FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 12:44-də başa çatıb.
***
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.
Əməliyyat saat 02:46-da başa çatıb.
Son xəbərlər
Son Xəbərlər