FHN 6 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb

fhn-6-neferin-olumu-ile-neticelenen-qeza-ile-bagli-melumat-yayib
Oxunma sayı: 2255


“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda “KAMAZ” markalı yük avtomobili ilə “LADA” markalı minik avtomobili toqquşub. Dərhal hadisə yerinə nazirliyin  müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “LADA” markalı minik avtomobilinin sürücüsü və 5 sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.  

Xilasedicilər hadisə yerinə çatana kimi üç sərnişinin meyiti vətəndaşlar tərəfindən, sürücü və digər iki sərnişinin sıxılmış vəziyyətdə qalmış meyiti xilasedicilər tərəfindən deformasiya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil verib.