FHN Ağsudakı yanğına görə helikopter və təyyarə qaldırdı

fhn-agsudaki-yangina-gore-helikopter-ve-teyyare-qaldirdi
Oxunma sayı: 1203

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kalağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, yanğının qarşısının alnması üçün əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helekopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.