“Qafqazinfo”nun məlumatına görə, “Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” 2014-cü il 23 sentyabr tarixli sərəncamın tətbiqi ilə əlaqədar FHN Akademiyasının Nizamnaməsində aşağıdakı dəyişikliklər edilib:
9.5-ci bənd üzrə:
1.1. “və həqiqi hərbi xidmətdə hesab edilirlər” sözləri çıxarılıb;
1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Kursantlar həqiqi hərbi xidmətdə hesab edilirlər”.
2. 9.6-cı bənddən “(müdavimlər)” və “və ya xüsusi” sözləri çıxarılıb.
3. 9.16-cı bənddə “və ya” sözləri “müdavim olmuş məzunlara isə həmçinin” sözləri ilə əvəz edilib.
Son xəbərlər
Son Xəbərlər