FHN azərbaycanlıları Nepaldan çıxardı

fhn-azerbaycanlilari-nepaldan-cixardi
Oxunma sayı: 707


Fövqəladə Hallar Nazirliinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarədə 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı var.

Nepaldan çıxan təyyarə əvvəlcə Hindistan ərazisində eniş edəcək. Daha sonra İran ərazisində düşən təyyarə sabah səhər saatlarında Bakıya çatmalıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. FHN-ə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.