“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə binanın damından enərək pəncərədən daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:53-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər