FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

fhn-bayram-gunlerinde-guclendirilmis-is-rejiminde-calisacaq
Oxunma sayı: 1254

Fövqəladə Hallar Nazirliyi 15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmr imzalayıb.

Əmrə əsasən, 15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.