FHN bayramla bağlı əhaliyə müraciət etdi

fhn-bayramla-bagli-ehaliye-muraciet-etdi
Oxunma sayı: 980

Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

"Qafqazinfo" sözügedən müraciəti təqdim edir:

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

ağac tezalışan oyuncaqla bəzədilməməli;

qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

pəncərədə dəmir barmaqlıq olmamalı;

məkanın iki çıxışı olmalı;

ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

otağın qapıları mütləq bayıra açılmalı;

məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

şənlikdə işıq tam söndürülməməli;

şənliyə tezalışan materialdan paltar geyinilməməli;

məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Təhlükə zamanı 112-yə zəng edin!