FHN bir nəfəri dənizdə boğulmaqdan xilas etdi

fhn-bir-neferi-denizde-bogulmaqdan-xilas-etdi
Oxunma sayı: 693

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.