FHN bir nəfərin ölümüylə nəticələnən qəzayla bağlı məlumat yaydı

fhn-bir-neferin-olumuyle-neticelenen-qezayla-bagli-melumat-yaydi
Oxunma sayı: 705


“Qafqazinfo” xəbər verir ki, Bakı-Quba yolunun 125-ci kilometrliyində, Siyəzən rayonu ərazisində vətəndaşlara məxsus "Mercedes" markalı minik və "Kamaz" markalı yük avtomobilləri  toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, sərnişini yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən aparılıb. Sürücünün meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.