“FHN böyük imkanlara malikdir”

fhn-boyuk-imkanlara-malikdir
Oxunma sayı: 1968


“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in Akademiyasında məzunların buraxılışına həsr olunmuş təntənəli mərasimdə deyib. Kəmaləddin Heydərov FHN-in zabit heyətinə qəbul olunmaları münasibətilə kursantları təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, öz tövsiyələrini verib. Nazir deyib ki, 8 il əvvəl yaradılmış Azərbaycan FHN bu gün böyük imkanlara malikdir: "Hazırda 8 regional mərkəzin maddi-texniki bazası Bakıdakı kimidir və bizim bu gün istifadəmizdə olan maşınlar və texnikalar bütün hadisələri aradan qaldırmağa imkan verir. Əminəm ki, gələcəkdə siz əldə etdiyiniz təcrübə hesabına dövlət mülkiyyətinin və əhalinin təhlükəsizliyini təmin edəcəksiniz".

Mərasimdə məzunlara diplom və rütbələr verilib.