FHN camışı xilas edə bilmədi...

fhn-camisi-xilas-ede-bilmedi
Oxunma sayı: 1264


Qafqazinfo”nun xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, camış 2 metr dərinliyi olan su kanalına düşərək ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə camışın cəsədini sudan çıxarıblar. Əməliyyat saat 22:42-də başa çatıb.