FHN Cəlilabadda tədbir keçirdi - Fotolar

fhn-celilabadda-tedbir-kecirdi
Oxunma sayı: 3697

Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabadda “Yay mövsümündə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də biçilmiş ərazilərdə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon Polis Şöbəsinin, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul şəxsləri, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr və iri fermer təsərrüfatı sahibləri iştirak ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar komissiyasının sədri Qalib Xudaverdiyev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, rayon ərazisində yay mövsümündə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının, eləcə də bu sahədə keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

FHN-in DYNX-nin Cənub Regional Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət mayoru Mircavad Seyidov çıxışında əkin sahələrində yanğınların qarşısının vaxtında alınması istiqamətində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması yanğın təhlükəsizliyi orqanlarının əməkdaşları ilə yanaşı, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.