“Qafqazinfo” kluba istinadən xəbər verir ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təşkil edilən çempionata 26 komandadan 80-ə yaxın idmançı qatılıb. İsveçrə sistemi üzrə keçirilən yarışda idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer alıb.
Beynəlxalq dərəcəli referi Bəxtiyar Rüstəmovun hakimi olduğu çempionatda komanda hesabında birinci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, ikinci pilləni FHN-in Akademiyası, üçüncü sırada isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası tutub.
Şəxsi hesabda isə Ayaz Hüseynov (“İzotop” xüsusi kombinatı), Elçin Əsədov (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) və Zəfər Teymurov (Maddi-Texniki Təchizat İdarəsi) müvafiq olaraq ilk üç yerdə qərarlaşıblar.
Qalib gələn şahmatçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif ediliblər.
Son xəbərlər
Son Xəbərlər