FHN-də “Müstəqillik Günü” qeyd olundu - Foto

fhn-de-musteqillik-gunu-qeyd-olundu
Oxunma sayı: 2057

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib.

FHN-dən "Qafqazinfo"ya bildirilib ki, tədbirdə akademiya rəisinin birinci müavini polkovnik Qəzənfər Bağırov, deputat Bəhruz Məhərrəmov, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Qəzənfər Bağırov iştirakçıları salamlayaraq onları Müstəqillik Günü münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyub.

Rəisin birinci müavini müasir müstəqil və güclü Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin tarixi rolundan danışıb: "Məhz xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin güclü iradəsi, zəngin siyasi təcrübəsi və hədsiz Vətən sevgisi sayəsində Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Bu gün Ümummilli Liderin mütərəqqi siyasi kursunun mahir davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir".