FHN də taxıl zəmilərindəki yanğınla bağlı məlumat yaydı

fhn-de-taxil-zemilerindeki-yanginla-bagli-melumat-yaydi
Oxunma sayı: 937

Fövqəladə Hallar Nazirliyi Şamaxı rayonunun Çöl Göylər kəndində baş verən yanğınla bağlı məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, yanğın nəticəsində 7 ha biçilməmiş və 30 ha biçilmiş taxıl sahəsi, 15 ha sahədə quru ot, kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.