Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub.
“Qafqazinfo”nun Modern.az-a istinadən məlumatına görə, bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.
G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb.
O, bu etimada görə təşəkkür edib: “İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələriylə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”.
Son xəbərlər
Son Xəbərlər