FHN-dən Bakıdakı yanğınla bağlı yeni açıqlama - Video

fhn-den-bakidaki-yanginla-bagli-yeni-aciqlama
Oxunma sayı: 3075

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə,  əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerinin kəşfiyyatı zamanı yanğının onaltımərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki mənzildə baş verdiyi müəyyən olunub.

Xüsusi təyinatlı texnikaların, o cümlədən, avtonərdivanın tətbiqi, yanğınsöndürən və xilasedicilərin çevik, peşəkar və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğının genişlənib qonşu mənzillərə keçməsinin qarşısı alınaraq, qısa müddətdə söndürülməsi və bina sakinlərinin təhlükəsizliyi təmin olunub.

Yanğın zamanı ümumi sahəsi 77 kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyası və ev əşyaları yanıb, qonşu mənzillər yanğından mühafizə olunub və 56 nəfər bina sakini təxliyyə olunaraq təhlükəsizlikləri təmin edilib.