FHN-dən dəhşətli yanğınla bağlı- - Açıqlama

fhn-den-dehsetli-yanginla-bagli-
Oxunma sayı: 1901


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.