FHN-dən Hacıqabuldakı yanğınla bağlı- - Məlumat

fhn-den-haciqabuldaki-yanginla-bagli-
Oxunma sayı: 1061


“Qafqazinfo”nun  FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin bir otaq və mətbəxinin yanar konstruksiyaları və ev əşyaları yanıb.  

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlunun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.