FHN-dən “Kamaz”la “VAZ”ın toqquşması ilə bağlı- - Məlumat

fhn-den-kamazla-vazin-toqqusmasi-ile-bagli-
Oxunma sayı: 917


“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, vətəndaşlara məxsus “Kamaz” markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:45-də başa çatıb.

Günel