“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda iyunun 5-də belə bir yanğın hadisəsinin baş vermədiyi bildirlir.
"Bəzi kütləvi informasiya vasitələrində 5 iyun 2015-ci il tarixində Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat yayılıb.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, bu məlumat həqiqəti əks etdirmir və göstərilən tarixdə Sumqayıt şəhərində heç bir ticarət mərkəzində yanğın hadisəsi qeydə alınmayıb".
Son xəbərlər
Son Xəbərlər