FHN-dən Masazırdakı qəza ilə bağlı- - Açıqlama

fhn-den-masazirdaki-qeza-ile-bagli-
Oxunma sayı: 1787


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, Abşeron rayonunda “Mercedes” və “Nissan” markalı 2 minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1969-cu il təvəllüdlü Nuriyev Bəhruz Atabala oğlu hadisə yerində vəfat edib. 

Xilasedicilər B.Nuriyevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.