FHN-dən özünü yandıran şəxslə bağlı açıqlama – - Rəsmi

fhn-den-ozunu-yandiran-sexsle-bagli-aciqlama-
Oxunma sayı: 1675


Fövqəladı Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən xəbərə görə, bu gün Bakı şəhəri, Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə məişət tullantıları yanıb və 1 nəfərin yanmış cəsədi aşkar edilib. 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 12:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Nazirliyin mətbuat katibi Oqtay Bayramov “Qafqazinfo”ya açıqlamasında yanğında həlak olan şəxsin kimliyinin hələ məlum olmadığını deyib. Yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, “İnterfaks-Azərbaycan” agentliyinin yaydığı məlumata görə,  adı məlum olmayan “Sovetski” sakini evinin sökülməsi ilə bağlı ona verilən kompensasiyanın azlığına etiraz olaraq özünü yandırıb.

Murad Əhməd