FHN-dən Sabunçudakı qəza ilə bağlı məlumat

fhn-den-sabuncudaki-qeza-ile-bagli-melumat
Oxunma sayı: 1947


“Qafqazinfo” FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, “VAZ” və “Mercedes” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. “VAZ” markalı avtomobilin sərnişini həlak olub, sürücüsü xəsarət alıb, digər avtomobilin də sürücü və sərnişini yaralanıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədi və yaralıları nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 10:50-də başa çatıb.