FHN-dən təhlükəli əməliyyat

fhn-den-tehlukeli-emeliyyat
Oxunma sayı: 718

Bu gün gecə saatlarında Beyləqan rayonunda daha ciddi təhlükə yarada biləcək yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin taxta üzlüyü və içərisinə yığılmış taxta qırıntıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində olan həcmi 5 litr, və iki ədəd həcmi 40 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bununla da qaz balonlarının partlayış yaradaraq ciddi fəsad törətməsinin qarşısı alınıb.

Yanğın saat 02:25-də söndürülüb.