FHN-dən yanacaq daşıyan maşının qəzası ilə bağlı - - Məlumat

fhn-den-yanacaq-dasiyan-masinin-qezasi-ile-bagli-
Oxunma sayı: 1177


"Qafqazinfo" FHN-in saytına istinadən xəbərm verir ki, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində yolun kənarına aşıb. Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və  ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.