“Qafqazinfo”FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə nazirlik işçiləri ilə yanaşı kənd əhalisi də cəlb olunub:
`İsmayıllı rayonu, Qaraqaya kəndində (rayon mərkəzindən 25 km aralı) meşa ərazisində 20 ha sahədə kol-kos, quru ot və ağaclar yanmışdır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin 2 ədəd helekopteri, 1 ədəd təyyarəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin 3 ədəd yanğınsöndürmə avtomobili, 50 nəfər yanğınsöndürənlər, 30 nəfər meşə təsərrüfatı işçiləri və 40 nəfər kənd əhalisi cəlb olunub. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər