“Qafqazinfo”nun xəbərinə görə, məlumatda deyilir ki, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı evin eyvanının yanar konstruksiyaları 9 kv.m sahədə və 2 otağın ev əşyaları qismən, 8-ci mərtəbədə vətəndaşa məxsus 3 otaqlı evin eyvanında kondisioner yanıb və yüksək temperaturdan plastikdən ibarət qapı-pəncərəsi əriyib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 16:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər