FHN əhaliyə müraciət etdi! - Video

fhn-ehaliye-muraciet-etdi
Oxunma sayı: 1685

Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirlik müraciətində qeyd edib ki, yayda çimərlikdə xoş zaman keçirmək üçün bu təhlükəsizlik qaydalarını hamı bilməlidir.

Qadağandır:

• nəzərdə tutulmamış ərazilərdə çimmək;

• çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

• küləkli havada dənizə girmək;

• çimərlikdə gecələmək,

• sərxoş halda çimərlikdə olmaq;

• suda kobud hərəkətlər etmək;

• çimərlikdə balıq tutmaq;

• xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

• Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

• Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

• Çimərliklərdə istirahət saat 9:00-dan 20:00-dək daha təhlükəsizdir!

Təhlükə zamanı 112-yə zəng edin!