FHN faciəli yanğınla bağlı informasiya yaydı

fhn-facieli-yanginla-bagli-informasiya-yaydi
Oxunma sayı: 1517


“Qafqazinfo”nun  FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Sığırlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 408 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə partlayışla nəticələnən yanğın baş vermişdir. Yanğın nəticəsində 2-ci mərtəbənin yanar konstruksiyaları 179 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 2012-ci il təvəllüdlü Quliyev Kənan İslam oğlunun yanmış meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.